"Qazprom" Azərbaycanla sərhəddə stansiyalar tikəcək

access_time25-05-2023, 18:02 visibility4 categoryXəbərlər
Rusiyanın "Qazprom" şirkəti Azərbaycanla sərhəddə doldurma kompressor stansiyaları tikməyi planlaşdırır.
Bu barədə şirkət açıqlama yayıb. 
Məlumata görə, Dağıstanda Şimal-Cənub nəqliyyat dəhlizinin marşrutu üzrə beş ədəd CNG doldurma kompressor stansiyaları tikiləcək. 
"2030-cu ilin sonuna qədər şirkət Şimali Qafqaz Federal Dairəsinin aşağıdakı regionlarında qaz doldurma qurğularını yerləşdirməyi planlaşdırır: Stavropol diyarı, Şimali Osetiya-Alaniya Respublikası, Çeçenistan Respublikası və Dağıstan Respublikası. Obyektlərin tikintisi planlı yükləmə nəzərə alınmaqla bir neçə mərhələdə planlaşdırılır", - deyə məlumatda bildirilib.
Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş