Sabah Mərkəzi Seçki Komissiyası toplaşır

access_time25-05-2023, 16:34 visibility7 categoryXəbərlər
Mayın  26-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək. 
Bu barədə Komissiyanın mətbuat xidmətindən bildirilib. 
Məlumata görə, ölkə üzrə seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsi prosesinə yekun vurulacaq. 
Qeyd edək ki, Azərbaycanda vahid seçicilər siyahısının tərtib olunması prosesinə yanvar ayının əvvəlindən başlanılıb. Seçki Məcəlləsinə əsasən, seçicilərin daimi siyahısı hər il mayın 30-dək təsdiqlənməlidir. 
Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş