Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Azərbaycanlı aktyordan SƏRT İTTİHAM: “Axı siz kimlərdən qorxursunuz?”

Tarix :
Azərbaycanlı aktyordan SƏRT İTTİHAM: “Axı siz kimlərdən qorxursunuz?”

Azərbaycanlı aktyor rejissoru olduğu filmin nümayişindən imtina edib.
 
Aktyor Hikmət Rəhimov “Çılpaq” adlı filmin noyabrın 11-də Nizami kino mərkəzində “Baku Short Film” festivalında nümayiş olunacağını, lakin festival rəhbərliyinin bundan ehtiyat etdiyini bildirib.
 
O, bu barədə sosial media hesabında qeyd edib:
 
“Buna görə də, öz istəyimlə filmin nümayişinə razı olmadım. Bəzi dostlara və tanışlara bu barədə sözlə məlumat vermişdim, amma rəsmi heç nə deməmişdim. Çünki enerjilərindən belə bir şeyin olacağını, nümayişin baş tutmayacağını hiss edirdim. Elə də oldu. Əsas kimi dünən yazdığım status gətirildi”.
 
Aktyor sözügedən filmin başqa zaman və məkanda təqdim ediləcəyinə ümid etdiyini də vurğulayıb:
 
“”Baku Short Film” festivalının heyətinə demək istəyirəm ki, axı siz nədən və kimlərdən qorxursunuz, hansı gününüzə? Unutmayın ki, zaman gələcək, qorxub çəkindiyiniz adamların üzərində başqa adamlar və başqa varlıqlar gəzəcək. Elə sizin də”.