Həkimlər kişinin mədəsindən plastik butulka çıxartdılar

access_time25-05-2023, 14:38 visibility6 categoryXəbərlər
Hindistanlı həkimlər bir kişinin mədəsindən plastik butulka çıxarıblar. 
Xarici media xəbər verir ki, xəstə butulkanın mədəsinə necə düşdüyünü izah edə bilməyib.
Həkimlər 55 yaşlı hindistanlının mədəsindən 20 santimetrlik plastik əşyanı çıxarmaq üçün uzunmüddətli əməliyyat keçirərək həyatını xilas ediblər.
Kişi məsələyə açıqlıq gətirə bilməsə də, rentgendə butulka aydın şəklində görünüb. 
Hazırda zərərçəkmiş müşahidə altındadır. Buna görə də məsələ ilə bağlı ətraflı məlumat yoxdur. 
Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş