Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Bəşəriyyəti bu fəlakətlər gözləyir - Alimlər DANIŞDI

Tarix :
Bəşəriyyəti bu fəlakətlər gözləyir - Alimlər DANIŞDI

Alimlər Yer kürəsinin həddindən artıq istiləşməsi səbəbindən bəşəriyyəti gözləyən təbii fəlakətləri açıqlayıblar.
Xarici mətbuat xəbər verir ki, araşdırmalara görə, Arktikada buzların sürətlə əriməsi ilə tropik qasırğaların gücü və sayı artacaq.
Ümumdünya Meteorologiya Təşkilatı iddia edir ki, əgər 2015-ci ildə həddi 1,5 dərəcə Selsi keçmək ehtimalı 0% idisə, 2023-cü ildə artıq 10% olacağı proqnozlaşdırılır. 
Alimlərin fikrincə, rekord temperaturun olduğu illər daha çox olacaq. Arktika buzlarının sürətlə əriməsi səbəbindən tropik qasırğaların gücü və sayı artacaq. Buna görə də az yağan ərazilərdə belə, yağış daha tez-tez və güclü olacaq. Bu, Arktikaya müsbət təsir göstərə bilər, lakin lazımi miqdarda rütubət əldə etməyən meşələrin pisləşdiyi Amazonda dağıdıcı ola bilər. Avstraliya isə tez-tez daimi meşə yanğınları olan quru səhraya çevriləcək.