Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

"İran və Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olur" - Kılıçdaroğlu

Tarix :
"İran və Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olur" - Kılıçdaroğlu

"Bakı ilə İstanbul arasında heç bir fərq yoxdur. Əminəm ki, digər partiyaların liderləri də Azərbaycan-Türkiyə münasibətlərinə mənim kimi baxırlar". 
Bunu Türkiyə prezidentliyinə namizəd, CHP lideri Kamal Kılıçdaroğlu deyib. 
O, Zəngəzur dəhlizi ilə bağlı verilən suala cavab verib: "Bilirsiniz, Zəngəzur dəhlizi var, onu açmaq lazımdır. Lakin bu dəhlizin açılması tərəflərin razılığından və Türkiyənin Azərbaycana qeyd-şərtsiz yardımından asılıdır. İran və Ermənistanın birliyi bu dəhlizin açılmasına müəyyən qədər mane olur. Türkiyə potensialından istifadə etsə, bölgədə çox güclü olar. Əgər bu dəhlizin açılmasının həm Türkiyə, həm İran, həm Ermənistan, həm də türk dövlətlərinə böyük fayda verəcəyini inandırıb izah edə bilsək, yaradılan iqtisadi nəticəni bütün ölkələr bölüşə biləcək. Biz o dəhlizi genişləndirməliyik".