Ermənistanın müdafiə naziri KTMT-nin iclasına getmədi

access_time25-05-2023, 12:16 visibility6 categoryXəbərlər
Ermənistanın müdafiə naziri Minskdə baş tutan KTMT-nin iclasına getməyib.
Bu barədə Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib. 
Onun sözlərinə görə, Suren Papikyan KTMT-nin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmir. Papikyanın əvəzinə Ermənistan Müdafiə Nazirliyinin təşkilatın birgə qərargahındakı nümayəndəsi Artak Tonoyan Belarusun paytaxtına gedib. 
Qeyd edək ki, KTMT ölkələrinin Müdafiə Nazirləri Minskdə regional çağırışları və təhdidləri müzakirə etmək üçün toplaşıb. Rusiyanın müdafiə naziri Sergey Şoyqu da Minskdə səfərdədir. 
Facebook'da Paylaş Telegram'da Paylaş Twitter'da Paylaş Whatsapp'da Paylaş