Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

İlham Əliyev və Putinin ikitərəfli görüşü olacaq

Tarix :
İlham Əliyev və Putinin ikitərəfli görüşü olacaq

"Rusiya prezidenti Vladimir Putin cümə axşamı Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla iki ayrı görüş keçirəcək".
Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, ardınca liderlər arasında üçtərəfli danışıqlar olacaq: "Putinin Azərbaycan prezidenti Əliyev və Ermənistanın baş naziri Paşinyanla iki ayrı ikitərəfli görüşü olacaq. Bundan sonra biz üçtərəfli görüş gözləyirik - Putin, Əliyev, Paşinyan".
O, Azərbaycan və Ermənistan liderlərinin də ikitərəfli görüş keçirəcəyi barədə məlumat verməyib.