Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Bakıda qohumlar arasında silahlı insident

Tarix :
Bakıda qohumlar arasında silahlı insident

Bu gün saat 18 radələrində paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində qohumlar arasında şəxsi münasibətlər zəminində silahlı mübahisə olub. 
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, 1967-ci il təvəllüdlü Əlməhəmməd Orucovu ov tüfəngindən atəş açmaqla xəsarət yetirməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Rəşad Cəfərov polisin əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb. 
Ondan özünə məxsus cinayət aləti olan ov tüfəngi aşkar olunaraq götürülüb. 
Ə.Orucov xəstəxanaya yerləşdirilib. 
Araşdırma aparılır.