
"Rəsmi Ankara Nemesis abidəsinin qoyulması ilə bağlı Ermənistandan səhvini düzəltməsini gözləyir".
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Əgər İrəvan səhvini düzəltməsə, biz Ermənistana qarşı müəyyən addımlar atacağıq”, - deyə Çavuşoğlu bildirib.
Xatırladaq ki, İrəvanda Nemesis abidəsinin açılışından sonra Türkiyə öz hava məkanını erməni təyyarələri üçün bağlayıb.
