Ərini baltalayan qadının məhkəməsi başlayır

Tarix :
Ərini baltalayan qadının məhkəməsi başlayır

Bakıda ərinə öldürməyə cəhddə təqsirləndirilən Lalə İmaşovanın cinayət işi üzrə məhkəmə iclasının vaxtı məlum olub.
Pravda.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək proses mayın 31-nə təyin edilib.
Cinayət işi hakim Novruz Kərimovun sədrliyi ilə araşdırılacaq.
Hadisə bu il yanvarın 21-də Qaradağ rayonu, Qızıldaş qəsəbəsində baş verib.
1995-ci il təvəllüdlü Lalə İmaşova əri, 1987-ci il təvəllüdlü Ceyhun İmaşovu baltalayıb. Ceyhun İmaşov xəstəxanaya yerləşdirilib. Ərinə xəsarət yetirən L.İmaşova isə saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.