Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ağcabədidə erkən nikaha məcbur edilən qızla bağlı araşdırma aparılır

Tarix :
Ağcabədidə erkən nikaha məcbur edilən qızla bağlı araşdırma aparılır

Gəncədə sığınacaqda yaşayan 19 yaşlı zərərçəkən qız taksi ilə Bakıya yola düşərkən atası müəmmalı şəkildə onu tapıb və zorla Ağcabədiyə geri aparıb.
Bu barədə Gülnarə Mehdiyeva sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, o, 16 yaşında erkən nikaha məcbur edilib. Lakin evlilik həyatı uğursuz olduğundan ailəsinin yanına qayıdıb və 3 il ərzində bütün ailə üzvləri tərəfindən zorakılığa məruz qalıb:
"Son dönəmdə Gəncədəki sığınacağa yerləşdirilib.
Atasının narkotik vasitə aludəçisi olduğu və amansız zorakılıqlar edə biləcəyi deyilir. Hətta qız artıq öldürülmüş ola bilər. Bu barədə 102-yə məlumat verilsə də, hər hansı tədbir hələ ki, görülməyib. Qızı təcili şəkildə atasının əlindən qurtarmaq lazımdır".
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yeniavaz.com-a bildirilib ki, hazırda müraciətlə əlaqədar Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır:
"Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".