Qiyməti 6380 dollara olan dondurma "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO/VİDEO

Tarix :
Qiyməti 6380 dollara olan dondurma "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO/VİDEO

Yapon qida markalarından biri dünyanın ən bahalı dondurmasını hazırlayaraq "Ginnesin Rekordlar Kitabı"na düşüb.
Xarici KİV xəbər verir ki, dondurmanın bir porsiyası 6 min 380 dollardır (təxminən 10 min 846 AZN). Adı "Byakuya"dır. Bu yapon dilində "ağ gecə" mənasını verir.

Qızıl yarpaqlarla bəzədilən dondurma İtaliyanın Alba şəhərində istehsal olunan ağ truffle ilə hazırlanır. Dondurmanın ərsəyə gəlməsi üçün 1,5 il ərzində bir çox təcrübələr keçirilib. 


BAKU.WS
VİDEO