Qriqoryan generallarla regiondakı vəziyyəti müzakirə edib

Tarix :
Qriqoryan generallarla regiondakı vəziyyəti müzakirə edib

Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan ABŞ Müdafiə Nazirliyinin nümayəndələri general-mayor Keyt Filips və general-mayor Patrik Priori ilə görüşüb.
“Aysor” xəbər verir ki, tərəflər regiondakı vəziyyəti müzakirə ediblər.
Onlar Ermənistan və ABŞ arasındakı təhlükəsizlik sahəsində əməkdaşlıq barədə danışıblar.
Görüşün harada keçirildiyi açıqlanmayıb.
Xatırladaq ki, A.Qriqoryanın bu gün Moskvada rusiyalı vəzifədaşı Nikolay Patruşevlə görüşü gözlənilir.