Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Türkiyədə zəlzələ oldu - Xəsarət alanlar var

Tarix :
Türkiyədə zəlzələ oldu - Xəsarət alanlar var

Türkiyədə 4,9 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu tviter hesabında yazıb.
“(Yerli vaxtla-red) Saat 3:29-da İzmirin Buca rayonunda baş verən 4,9 bal gücündə zəlzələdə insan itkisi qeydə alınmayıb. Zəlzələ zamanı təlaşa düşən iki nəfər xəsarət alıb, məscidin minarəsi zədələnib. Hadisələr barədə ictimaiyyətə məlumat veriləcək”, - nazir sosial şəbəkə hesabında qeyd edib.
  • Türkiyədə zəlzələ oldu - Xəsarət alanlar var