Peskov Paşinyanın cavabını verdi

Tarix :
Peskov Paşinyanın cavabını verdi

Dmitri Peskov Nikol Paşinyanın İrəvanın KTMT-dən hansı şərtlərlə çıxa biləcəyini deyən bəyanatını şərh edib.
 "RIA Novosti" xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi deyib:
“Ermənistanın baş nazirinin bəyanatına gəlincə, erməni dostlarımızla dialoqu davam etdirəcəyik, onlarla KTMT-nin fəaliyyətində gələcək birgə iştirakımız barədə danışacağıq”.
Peskovun sözlərinə görə, ümumən KTMT təşkilata üzv dövlətlər arasında öz nüfuzuna malik olan, əvvəllər müxtəlif situasiyalarda öz effektivliyini nümayiş etdirmiş bir qurumdur.
O, strukturu gələcək inkişaf üçün ciddi potensiala malik təşkilat adlandırıb.