Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub.
Bu barədə Parkın sosial şəbəkə hesablarında paylaşım edilib.
“Bu gün zooparkımızda xüsusi bir gündür. Sevimli ayının doğum günüdür. Bütün kollektiv bu gözəl hadisəni səbirsizliklə gözləyirdi.
Qayğıkeş işçilərdən ibarət xüsusi komanda ayıya dondurulmuş tort ilə sürpriz etmək qərarına gəldilər. Sevimli meyvə və giləmeyvələrdən ibarət, ləzzətli dondurma təbəqəsi ilə örtülmüş qeyri-adi bir tort hazırlandı.
Bu ad günü həm ziyarətçilər, həm də ayı üçün xüsusi idi, insanların və heyvanların arasında qırılmaz bağın olduğunu göstərirdi”, - paylaşımda bildirilib.








