Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

“Solğun çiçəklər”in baş qəhrəmanları illər sonra - Foto

Tarix :
“Solğun çiçəklər”in baş qəhrəmanları illər sonra - Foto

"Solğun çiçəklər” teletamaşasının baş qəhrəmanları "Sara” və "Bəhram”ı canlandırmış aktyorlar 35 ildən yenidən bir araya gəliblər.

Bunu əks etdirən fotonu "Sara” obrazının ifaçısı Əməkdar artist Mehriban Abdullayeva feysbukda paylaşıb.

Fotoda "Bəhram” obrazını canlandırmış Xalq artisti Nurəddin Mehdixanlı da yer alıb.

""Solğun çiçəklər” 35 ildən sonra. Sara və Bəhram”, - aktrisa paylaşımında yazıb.  

Abdullayevanın paylaşımı böyük maraqla qarşılanıb.

Qeyd edək ki, "Solğun çiçəklər” teletamaşası 80-ci illərin sonlarında işıq üzü görüb. Aktrisa müsahibələrinin birində etirab edib ki, Sara obrazı sənət taleyində böyük rol oynayıb. Əməkdar artist bu rola görə rejissor Ağakişi Kazımova minnətdardır: "23 yaşımda oynamışdım Saranı, daxilən əsl Sara idim. Onun kimi saf, sadəlövh, həyatı çəhrayı görən idim. İndi o obrazı oynaya bilmərəm, çünki illər, həyat adamı çox dəyişir, indi daha təcrübəliyəm”.