Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

"BakuBus"un yolunu kəsərək sürücüyə qarşı xuliqanlıq edən şəxs saxlanıldı

Tarix :
"BakuBus"un yolunu kəsərək sürücüyə qarşı xuliqanlıq edən şəxs saxlanıldı

Paytaxtın Nizami rayonu Q.Qarayev prospektində hərəkətdə olan "BakuBus" MMC-yə məxsus avtobusun yolunu kəsərək sürücüyə qarşı xuliqanlıq hərəkətləri edən "Toyota Corolla" markalı avtomobilin sürücüsü polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
 
Bu barədə DİN-dən məlumat verilib. Məlumata görə, sürücünün etdiyi xırda xuliqanlıq hərəkətinə görə barəsində İXM-nin 510-cu maddəsinə əsasən inzibati protokol tərtib olunub, avtobusa vurduğu 980 manat maddi ziyanın ödənilməsi təmin edilib.