Cessi Cey ana oldu

Tarix :
Cessi Cey ana oldu

Dünyaca məşhur müğənni Cessi Cey ana olub. 
Bu barədə müğənni instaqramda məlumat yayıb.  Sənətçi qeyd edib ki, bir həftə əvvəl oğlunu dünyaya gətirib:
“Bir həftə əvvəl bütün dünyam dəyişdi. O, mənim xəyal etdiyim hər şeydir, bütün dünyamdır. İkimiz də çox yaxşıyıq”.
Qeyd edək ki, sənətçinin 2021-ci ildə körpəsi dünyaya gəlmədən tələf olmuşdu.