Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

"Azərbaycanla danışıqlarda yaxşı və pis xəbər var" - Mirzoyan

Tarix :
"Azərbaycanla danışıqlarda yaxşı və pis xəbər var"  - Mirzoyan

Azərbaycanla danışıqlarda bir yaxşı, bir pis xəbər var. 
Bunu Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan Parlamentdə bugünkü çıxışı zamanı deyib.
XİN rəhbərinin məlumatına görə, pis xəbər odur ki, Ermənistan Azərbaycanla danışıqlar apardığı bütün məsələlərdə və istiqamətlərdə həmin ölkənin ən mühafizəkar mövqelərinə cavab verir: "Mənim təəssüratım belədir ki, Azərbaycan hərbi uğurları olduğunu nəzərə alsaq, Ermənistana hansısa şərtləri diktə edə bilər. Bu, reallıq ola bilməz". 
Onun sözlərinə görə, xoş xəbər ondan ibarətdir ki, beynəlxalq ictimaiyyət münasibətlərdəki problemlərə diqqət yetirir: "Hazırda bu diqqət getdikcə artır".