Rusiya Ukrayna ilə sərhədə xüsusi təyinatlılar göndərib

Tarix :
Rusiya Ukrayna ilə sərhədə xüsusi təyinatlılar göndərib

Ukrayna ilə sərhəddə Rusiya Federasiyasının Baş Kəşfiyyat İdarəsinə tabe olan elit bölmələrin yerləşdirilməsini qeydə alınıb.
Bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. 
Xüsusi təyinatlıların əsas vəzifələri partizanlar tərəfindən uğurlu təxribatdan sonra sərhəd bölgəsində əks-təxribat fəaliyyətləri, habelə öz təxribatlarını həyata keçirmək və Rusiya Silahlı Qüvvələrinin sərhəddə yerləşən bölmələrinin mənəviyyatını yüksəltməkdir.
Qeyd edək ki, Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı silahlı hücumu 450 gündür davam edir.