Masazırda itlər azyaşlı uşaqlara hücum etdi, vəziyyətləri ağırdır

Tarix :
Masazırda itlər azyaşlı uşaqlara hücum etdi, vəziyyətləri ağırdır

Abşeron rayonunda 2 azyaşlı uşağı küçə itləri dişləyərək ağır xəsarət yetirib.
"Report" xəbər verir ki, Məzunlar Evinin qarşısında 3 yaşlı Hüseynov Əkbər Aslan oğlu və 5 yaşlı Əbiliv Cəsur Vəli oğlu küçə itlərinin hucumuna məruz qalıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Müayinə zamanı hər iki azyaşlıya bədən və baş nahiyələrində çoxsaylı didilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.
Azyaşlıların valideynləri bildiriblər ki, övladlarının vəziyyəti ağırdır.