Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

ABŞ-da 17 nəfəri qətlə yetirən məktəbə hücum edən Kruz ömürlük həbs cəzasına məhkum edilib

Tarix :
ABŞ-da 17 nəfəri qətlə yetirən məktəbə hücum edən Kruz ömürlük həbs cəzasına məhkum edilib

4 il əvvəl Parklanddakı məktəbdə təşkil etdiyi hücumda 14-ü uşaq olmaqla 17 nəfəri qətlə yetirən Kruza münsiflər heyəti yekdilliklə edam cəzası təklif edə bilmədikdən sonra son məhkəmədə ömürlük həbs cəzası verildi. Hakim Elizabeth Scherer, 24 yaşlı Nikolas Kruzun günahını etiraf etdiyi 17 qətlin hər birinə görə şərti azadlığa buraxılma ehtimalı olmadan ömürlük həbs cəzasına məhkum edildiyini elan edərək işi yekunlaşdırdı. Təxminən 3 aya yaxın davam edən məhkəmə prosesi nəticəsində məhkəmənin andlılar heyəti oktyabrın 13-də hazırda 24 yaşında olan Kruza şərti azad edilmədən ömürlük həbs cəzası verilməsini istəyib.