
Qərb rəsmiləri bildirirlər ki, müttəfiqlərin Ukraynaya dəstəyi 5 ay davam edəcək və Kiyevə münaqişədə irəliləyiş əldə etmək üçün son şans veriləcək.
Bu barədə "Financial Times" yazıb.
Məlumata görə, Avropa rəsmiləri ABŞ seçkiləri səbəbindən Kiyevə dəstəyin dayandırıla biləcəyindən narahatdırlar: "Beş aydan sonra Qərb Ukraynaya eyni səviyyədə dəstək verə bilməyəcək".
"Biz eyni səviyyədə yardımı həmişəlik saxlaya bilmərik", - deyə ABŞ rəsmilərindən biri nəşrə bildirib.
