Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ağcaqanadlar vasitəsilə yayılan yeni virus - Bu ölkə üçün xəbərdarlıq edildi

Tarix :
Ağcaqanadlar vasitəsilə yayılan yeni virus - Bu ölkə üçün xəbərdarlıq edildi

Yunanıstanda çoxlu sayda insanın ölümünə səbəb olan və ağcaqanadlar vasitəsilə yayılan Qərbi Nil virusu təhlükə yaratmağa davam edir. 
Türkiyə mediası xəbər verir ki, ekspertlər Türkiyə ilə bağlı da xəbərdarlıq ediblər.

Yunanıstanın Milli İctimai Sağlamlıq Agentliyi (EODY) 2022-ci ildə bu günə qədər ölkə daxilində 284 Qərbi Nil Virusunun görüldüyünü açıqlayıb.

Qərbi Trakiyanın da daxil olduğu Şərqi Makedoniya-Trakya bölgəsində il ərzində ümumi yoluxma sayı 4 olaraq açıqlanıb.  Onlardan 2-si Kavalada, 2-si isə Dramadadır.

Yunanıstanda Qərbi Nil virusundan 10-dan çox insan həyatını itirib.

Mütəxəssislər "kulex" tipli ağcaqanadlar tərəfindən ötürülən virusun köçəri quşlar, təyyarələr və gəmilər vasitəsilə Türkiyəyə keçə biləcəyi barədə xəbərdarlıq edib.

Qərbi Nil virusuna qarşı peyvənd və ya hər hansı bir sınaq yoxdur.  Ehtiyat tədbiri olaraq həşəratlara qarşı qoruyucu vasitə və uzunqol geyinmək tövsiyə olunur.