
Rusiya Silahlı Qüvvələri Baxmut şəhərinin 99%-nə nəzarət edir, şəhərin tam nəzarət altına alınmasına cəmi bir neçə gün və ya saat qalıb.
Bu barədə Almaniyanın "Bild" qəzeti məlumat yayıb.
Bildirilir ki, Ukrayna bölmələri hazırda 20-yə yaxın binanı saxlayan Baxmutun yalnız bir küçəsinə nəzarət edir.
"Ukrayna Silahlı Qüvvələrin vəzifəsi indi şəhəri saxlamaq deyil, rus qoşunlarının Baxmutdan qərbə doğru irəliləməsinin qarşısını almaqdır", - KİV qeyd edib.
ABŞ-ın “The New York Times” yazıb ki, Baxmutda vəziyyət o qədər fəlakətlidir ki, Ukrayna Silahlı Qüvvələrinə yalnız könüllülər göndərilir.
