Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Qarabağa Qırğızıstandan iribuynuzlu heyvanlar gətiriləcək

Tarix :
Qarabağa Qırğızıstandan iribuynuzlu heyvanlar gətiriləcək

Qarbağda yetişdirilmək üçün Qırğızıstandan iribuynuzlu heyvanlar gətiriləcək.

Bunu Kənd Təsərüffatı Nazirliyinin protokol şöbəsinin müdiri Toğrul Qafarbəyl bu gün Bakı Ekspo Mərkəzində Trend-ə özəl açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda Qırğızıstan Respublikası ilə danışıqlar aparılır.

"Gətiriləcək iribuynuzlu heyvanlar "yak" cinsinə məxsusdur və məhsuldarlığı ilə seçilir. Növbəti ildən bu heyvanların ölkəmizə idxalı nəzərdə tutulub.

Pilot layihə olaraq Kəlbəcərdə sonra isə Laçında yetişdirilməsi nəzərdə tutulur",- deyə o, qeyd edib.