Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Türkiyəli general XTQ-nin təlimini izlədi

Tarix :
Türkiyəli general XTQ-nin təlimini izlədi

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimi keçirilir. Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti respublikamızın cənub rayonlarında yerləşən hərbi hissə və birləşmələrin döyüş hazırlığını yoxlayıb. Həmçinin, XTQ hərbi hissələrinin qeyd olunan ərazilərdə keçirilən təlimini izləyib.
Təlimi izləyənlər arasında türkiyəli general Bəxtiyar Ersay da olub.
Qeyd edək ki,  ötən ilin sentyabrında Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi, general-mayor Bəxtiyar Ersay Azərbaycanda Xidmət Qrupu Komandanlığına təyin edilməklə Türkiyə Baş Qərargahının əmrinə verilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu ilin avqust ayında imzaladığı sərəncamla B.Ersaya general-leytenant rütbəsi verilib.
  • Türkiyəli general XTQ-nin təlimini izlədi
  • Türkiyəli general XTQ-nin təlimini izlədi
  • Türkiyəli general XTQ-nin təlimini izlədi