
İyunun 20-24-də təhsilverənlərin sertifikatlaşdırılması üzrə test imtahanı keçiriləcək.
Həmin tarixlərdə Azərbaycan dili və ədəbiyyat, eləcə də ibtidai sinif müəllimləri imtahan verəcək.
İmtahanlar 31 mərkəzdə təşkil olunacaq. Müəllimlərin yaşadıqları əraziyə yaxın məktəblərdə test imtahanı vermələri təmin olunacaq.
Ötən il bir seansda 5 min müəllim iştirak edirdisə, bu il həmin rəqəm 8 minə çatdırılıb.
