Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

“Taliban” Əfqanıstanla bağlı Moskvada keçiriləcək toplantıda iştirak etməyəcək

Tarix :
“Taliban” Əfqanıstanla bağlı Moskvada keçiriləcək toplantıda iştirak etməyəcək

"Taliban” hökuməti Əfqanıstan üzrə Moskvada keçiriləcək toplantıda iştirak etməyəcək.

TASS xəbər verir ki, bunu Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin İkinci Asiya İdarəsinin direktoru Zamir Kabulov bildirib.

Onun sözlərinə görə, "Taliban”ın nümayəndə heyəti Moskva formatına qatılmayacaq.

Qeyd edək ki, Moskva formatı 2017-ci ildə Rusiya, Əfqanıstan, Hindistan, İran, Çin və Pakistanın xüsusi nümayəndələrinin altıtərəfli məsləhətləşmə mexanizmi əsasında yaradılıb. Onun ilk iclası 2017-ci il aprelin 14-də 11 ölkənin - Rusiya, Əfqanıstan, Hindistan, İran, Qazaxıstan, Qırğız Respublikası, Çin, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanın nazir müavinləri, xüsusi nümayəndələrinin iştirakı ilə keçirilib. Formatın əsas məqsədi Əfqanıstanda milli barışıq prosesini təşviq etmək, bu ölkədə tezliklə sülhün bərqərar olmasıdır.