Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Qazaxıstanda müxalif lider ev dustaqlığına buraxıldı - Video

Tarix :
Qazaxıstanda müxalif lider ev dustaqlığına buraxıldı - Video

Qazaxıstanda qeydiyyatdan keçməmiş müxalif Demokrat Partiyasının lideri Canpolad Mamayi həbsdə olduğu Almatıdakı istintaq təcridxanasından ötən gün ev dustaqlığına buraxılıb.
Bu barədə Almatı məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Bostandık rayonunun 2 saylı rayon məhkəməsi Canpolad Mamaya qarşı “qanunsuz mitinq təşkil etmək, KİV-dən istifadə edərək dövlət məmurlarını təhqir etmək və bilərəkdən yalan məlumat yaymaq” maddələri ilə cinayət işi açıb.
“Məhkəmənin qərarı ilə işin icraat müddəti ərzində təqsirləndirilən şəxs barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığına dəyişdirilib”.
İlk məhkəmə iclası noyabrın 7-nə təyin edilib.
Qeyd edək ki, Qazaxıstan Demokratik Partiyasını qeydiyyatdan keçirməyə cəhd edən siyasi fəal C.Mamay fevral ayında Almatıda anım mərasiminə qatıldıqdan az sonra saxlanılıb.