
"Bu il Ramazanda bütün incəsənət xadimləri oruc tuturdular. Arzuları və inamları ilə inanırdılar ki, onlar üçün yol açılacaq. İnanırdılar ki, uşaqları isti evdə qalacaq, isti xörək yeyəcəklər. Siz bilsəydiniz, onlar bu mükafatı necə gözləyirdilər".
Bu sözləri Xalq artisti Afaq Bəşirqızı İTV-də yayımlanan "3D" verilişində bildirib.
Aktrisa Dadaş Dadaşlinskinin suallarını cavablandırarkən göz yaşlarına da hakim ola bilməyib.
