Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

“Girovsuz kreditlərin verilməsi sonradan problemlər yaradır”

Tarix :
“Girovsuz kreditlərin verilməsi sonradan problemlər yaradır”

“Hazırda kənd təsərrüfatı və tikinti krediti problemli kreditlərdə ən böyük paya sahibdir”. 
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
Onun sözlərinə görə, banklar tərəfindən girovsuz böyük məbləğdə kreditlərin verilməsi sonradan problemlər yaradır. 
Qeyd edək ki, deputat Rüfət Quliyev müzakirələr zamanı kənd təsərrüfatı sahəsində 50 min manata qədər kreditlərin ayrılmasını təklif edib.