Azərbaycanda toxumluq kartofun qiyməti artıb.
Bu barədə açıqlamasında fermer Anar Abbasov məlumat verib. Onun sözlərinə görə, hazırda Rusiyadan gətirilən Arizona sortu olan və toxumluq üçün nəzərdə tutulan kartofun 1 kiloqramının qiyməti 1 manat 30 qəpiyə satılır. Əvvəllər isə toxumluq kartofun 1 kiloqramının qiyməti 1 manat - 1 manat 10 qəpik civarında idi.