Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Kafenin qarşısında söyüşə görə cinayət törədildi - CƏZA

Tarix :
Kafenin qarşısında söyüşə görə cinayət törədildi - CƏZA

Gəncə Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən İsrafil Camalovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 
Hakim Çingiz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 
Qərara əsasən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılıb.
 
Qazax Rayon Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
İttihama görə, hadisə 26 iyul 2020-ci il tarixdə saat 21 radələrində Qazax şəhəri, N.Nərimanov küçəsində, 7 saylı avtonəqliyyat idarəsinin qarşısında yerləşən “Təmirçi” kiçik müəssisəsinin kafesinin həyətində qeydə alınıb.
 
Belə ki, 1999-cu il təvəllüdlü İsrafil Camalov tanışı Şamoyeva Türkan Mehdi qızının icarə əsasında işlədiyi kafesinin həyətində pivə içən müştəri Abbasov Elvin Zeynal oğlunun sərxoz vəziyyətdə nəlayiq ifadələr işlətməsi ilə əlaqədar mübahisə edib. Sonra o, heç bir əsaslı səbəb olmadan ictimai yerdə uca səslə söyüş söyüb və ağac parçası ilə Əsliyev Mərdan Mehralı oğlunun baş nahiyəsinin arxa hissəsinə iki dəfə zərbələr vurub. İsrafil əlindəki ağac parçasının yerə düşməsini görüb üstündə olan bıçaqla Elvin Abbasovun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub.
 
Daha sonra o, Aslanov Şahid İsmayıl oğlunu və Əsliyev Mərdan Mehralı oğlunu bıçaqlayaraq onlara xəsarət yetirib.
 
Polis əməkdaşları tərəfindən saxlanılın İsrafil Camalovun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.