Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Sudanda şiddətli döyüşlər davam edir

Tarix :
Sudanda şiddətli döyüşlər davam edir

Sudanda iki hərbi qüvvə arasında toqquşmalar 32 gündür davam edir.
Xarici media xəbər verir ki, Sudan ordusu səhər saatlarında xüsusi təyinatlı qüvvələrin paytaxt Xartum, Bəhri və Umdurmandakı məntəqələrini raketlərlə vurub.
Havadan bombardmanlardan sonra sözügedən şəhərlərdə şiddətli toqquşmalar baş verib.
Xartumun cənub və şərqindəki bəzi məhəllələrdə də atəş səsləri eşidilib.
Xatırladaq ki, aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərdə Sudan ordusu ilə ölkənin xüsusi təyinatlı qüvvələri arasında silahlı toqquşma başlayıb.