Müdir işçisini silahla başından vurub ÖLDÜRDÜ

Tarix :
Müdir işçisini silahla başından vurub ÖLDÜRDÜ

Türkiyədə müdir işçisini başından silahla vururaq qətlə yetirib. 
Haberler.com xəbər verir ki, hadisə Muğlanın Bodrum şəhərində qeydə alınıb. 
Belə  ki, şəhər sakinləri yol kənarında başından vurulmuş meyit aşkarlayıblar. Qısa zamanda əraziyə sağlamlıq və polis qrupları sövq edilib. Tibbi-eskpertizaya göndərilən meyitin Mehmet Gülsüm adlı şəxsə məxsus olduğu bildirilib.  
Polis qətldə çübhəli bilinən 3 nəfəri saxlayıb.  Məlum olub ki,  gənc oğlan müdiri tərəfindən öldürülüb. Qətldə şübhəli bilinən M.İ. Gülsümə təsadüfən atəş açdığını deyib. 
M.İ Gülsüm və  digər iki işçisi ilə birlikdə əyləncə mərkəzlərinin birinə gediblər:
"Spirtli içki qəbul etdikdən sonra həmin yerdə bir qrupla mübahisə etdik. Məkandan çıxandan sonra havaya atəş açmaq istədim. Sahilə enərkən silahımdan təsadüfən atəş açıldı və Mehmetin başına dəydi. Qorxdum və hadisə yerindən qaçdım". 
Şübhəli cinayət silahı ilə birlikdə Bodrumda gizləndiyi evdə saxlanılıb. 
Bildirilir ki, Mehmet Gülsüm M.İ-nin hotelində  işləyirmiş.