Ukrayna Ali Məhkəməsinin sədri həbs edildi

Tarix :
Ukrayna Ali Məhkəməsinin sədri həbs edildi

Ukrayna Ali Məhkəməsinin sədri Vsevolod Knyazev həbs edilib.
Bu barədə Ukrayna Korrupsiyaya Qarşı Mübarizə Milli Bürosunun (NABU) mətbuat xidməti məlumat yayıb. 
Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları  Knyazevin 3 milyon dollar məbləğində rüşvət alarkən iş başında saxlayıb.  
Knyazevin həbsi fonunda Ali Məhkəmənin daha 18 hakimində axtarışlar aparılır.
Xatırladaq ki, Vsevolod Knyazev 2021-ci il dekabrın 1-dən Ali Məhkəmənin sədridir.