İt meydana çıxdı, topu futbolçulardan aldı - Fotolar

Tarix :
İt meydana çıxdı, topu futbolçulardan aldı  - Fotolar

Çili çempionatının 14-cü turunun "Kuriko Unido" - "Falestino" matçında (0:1) maraqlı hadisə baş verib. 
Oyunun ilk dəqiqələrində meydana bir it daxil olub. İt topu oyuncaq zənn edərək onun arxasınca qaçmağa başlayıb. İt bir neçə saniyə topla oynayıb, onu dişləyib. Futbolçular isə itə nəvaziş göstəriblər. 
Daha sonra oyunçulardan biri onu qucağına alaraq meydandan kənara çıxarıb.Hətta bu vaxt belə it topo buraxmaq istəməyib. 
Daha sonra isə komandalar oyuna davam ediblər.