Ruslara satılan “Qızıl pasportlar” ləğv edilir

Tarix :
Ruslara satılan “Qızıl pasportlar” ləğv edilir

Kipr Rum Administrasiyasının (KKİ) zəngin ruslara yüksək məbləğlər müqabilində verdiyi “Qızıl pasportlar” Avropa İttifaq yunanlara etdiyi təzyiqlər nəticəsində ləğv edilir.
 
Xarici medianın məlumatına görə, Ukrayna-Rusiya müharibəsi səbəbiylə Aİ-nin sanksiya siyahısına daxil edilən Rusiya vətəndaşlarına Kipr Rum Administrasiyası tərəfindən verilən 40-a yaxın “Qızıl pasport” ləğv edilib.
Aİ Komissiyası Cənubi Kiprin 2020-ci ildən bəri Rusiya vətəndaşlarına pasport verməsi, onlara ticarət qalxanı və Avropada sərbəst hərəkət etməsi ilə bağlı tez-tez etiraz edib və Lefkoşa bu barədə xəbərdarlıq edilib.
Ukrayna-Rusiya müharibəsindən dərhal sonra Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində Kipr Rum administrasiyasındakı banklar tərəfindən 10 minə yaxın Rusiya vətəndaşının hesabları dondurulub və Rum rəhbərliyi “Qızıl pasport” məsələsində Aİ-nin təzyiqləri ilə üzləşib.