
Müğənni Selen Görgüzel konsertlərindən birində mərhum müğənni Kayahanın "Yemin ettim" mahnısını səsləndirib.
Bu ifa Kayahanın qızı Beste Açarın xoşuna gəlməyib.
O, Selen Görgüzeli sərt şəkildə tənqid edib. Beste mahnını dinləyəkən qulaqlarını tıxamaq istədiyini bildirib:
"Atam sağ olsaydı, bu mahnını göz yaşları içində dinləyərdi".
Müğənni Selin Görgüzel ona edilən irada, "3 saat canlı oxudum. Kaş hər kəs ağlına gələni danışmaya", - cavabını verib.
