Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

"Diqlas" ticarət mərkəzi sığorta şirkətini məhkəməyə verdi

Tarix :
"Diqlas" ticarət mərkəzi sığorta şirkətini məhkəməyə verdi

"Diqlas 2" MMC "Azsığorta" ASC ilə bağlı məhkəməyə müraciət edib.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə MMC Bakı Kommersiya Məhkəməsinə üz tutub.
 
Belə ki, "Diqlas 2" şirkəti sığorta müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
 
İddia hakim Ülkər Həsənovanın sədrliyi ilə araşdırılacaq.
 
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
 
Qeyd: 26 mart 2019-cu il tarixdə Bakı şəhərində yerləşən “Diqlas” ticarət mərkəzində ağır nəticələrə səbəb olan yanğın hadisəsinin baş verib. Rəsmi məlumata əsasən, yanğından maddi ziyan çəkmiş 400 nəfərdən artıq sahibkar istintaqa cəlb edilərək dindirilib, həyata keçirilən istintaq tədbirləri ilə 129 nəfər sahibkara 1 milyon 91 min manat məbləğində pul vəsaiti ödənilib.