Bakıdan Ankaraya gedən təyyarə TƏCİLİ Tbilisiyə endi - SƏBƏB

Tarix :
Bakıdan Ankaraya gedən təyyarə TƏCİLİ Tbilisiyə endi - SƏBƏB

AZAL Qapalı Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan “Buta Airways” aviaşirkətinin J2-9003 saylı Bakı-Ankara reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib.
"Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən verilən məlumata görə, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi olub.
Təyyarə yerli vaxtı ilə saat 12:23-də Tbilisi hava limanına uğurla eniş edib.
Sərnişinə tibbi yardım göstərildikdən sonra təyyarə Ankaraya yola düşəcək.