
Xarici medianın məlumatına görə, Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri (RSF) arasında baş verən qarşıdurmada ölkənin tanınmış müğənnilərindən olan Şaden Qardudun öldüyü açıqlanıb. 37 yaşlı müğəninin ordu ilə Çevik Dəstək Qüvvələri (RSF) arasında mülki əhalinin müdafiəsi ilə bağlı razılıq əldə olunmasından bir gün sonra ölməsi diqqət çəkib.

