Türkiyədə yük maşını avtomobillərlə toqquşub, ölənlər və yaralananlar var

Tarix :
Türkiyədə yük maşını avtomobillərlə toqquşub, ölənlər və yaralananlar var

Türkiyənin Hatay şəhərində 9 avtomobilin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb.

"Anadolu” agentliyi xəbər verir ki, hadisə İskəndərun-Antakya avtomobil yolunda baş verib.

Bildirilib ki, əyləcləri sıradan çıxan yük maşını 8 avtomobillə toqquşub. Yol-nəqliyyat hadisəsi nəticəsində 13 nəfər yaralanıb.