Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

"Bu, Azərbaycan tarixində ən yüksək göstəricidir" - Nazir

Tarix :
"Bu, Azərbaycan tarixində ən yüksək göstəricidir" - Nazir

"Hazırda dünyada mövcud olan neft və qaz qiymətləri ilin sonuna qədər davam edərsə, cari ilin sonuna Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) həcminin 130 milyard manata çatması gözlənilir və bu da Azərbaycan tarixində ən yüksək göstəricidir".
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisdə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, Azərbaycanda ÜDM-də qeyr-neft sənayesinin payı artmaqdadır. O əlavə edib ki, ölkədə vergi daxilolmaları, məcburi dövlət sosial sığorta yığımları artıb.
"Ölkədə inflyasiyanın səviyyəsinə dünya bazarında ərzaq məhsullarının qiymətində baş verən artım təsir edib. Ötən illə müqayisədə cari ilin yanvar-avqust aylarında idxal qiymətləri 21 faizdən çox artıb. Cari ildə hökumət tərəfindən anti-inflyasiya tədbirləri həyata keçirilib", - deyə M.Cabbarov qeyd edib.