
Müğənni Nigar Camal əməkdar artist Aygün Bəylərlə bağlı paylaşım edərək ona "Xalq artisti" adının verilməli olduğunu bildirib.
O, bu barədəşəxsi instaqram hesabında yazıb.
"Aygün Bəylərə Xalq artisti adı verilməsinin vaxtıdır. O, həqiqətən də əvəzolunmaz istedadı ilə buna layiqdir. Onun performansı adamın ətini ürpədir, tükləri biz-biz edir. Səni sevirəm Aygün, sən birdənəsən", - deyə, Nigar Camal bildirib.
Qeyd edək ki, Aygün Bəylərə 2002-ci ildən etibarən Respublikamızın əməkdar artistidir.
