Türkiyədə silahlı insident - 5 ölü, 2 yaralı var

Tarix :
Türkiyədə silahlı insident - 5 ölü, 2 yaralı var

Türkiyənin İzmir şəhərindəki çay evində silahlı insident baş verib.
"Sabah" qəzeti xəbər verir ki, Menderes bölgəsində baş verən hadisə zamanı 5 nəfər ölüb.
Borc pul məsələsinə görə baş verən insident nəticəsində daha 2 nəfər isə yaralanıb.
Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb edilib. İnsidentlə bağlı araşdırma aparılır.