
Böyük beta-talassemiya xəstəliyindən əziyyət çəkən 2010-cu il təvəllüdlü Səmədli Cavidan Tərlan oğlunun insanların köməyinə ehtiyacı var.
Bu barədə Yeniavaz.com-a müraciətində onun valideynləri məlumat veriblər.
Valideynlərin sözlərinə görə, 13 yaşlı Cavidan uzun illərdir, ağır xəstəlikdən əziyyət çəkir:
“Uşaq artıq 13 ildir qan alır. İlik köçürülməlidir. Qan qrupu +3 olan 40 nəfər donora ehtiyac var. Əməliyyat pullu deyil, sadəcə bəzi şeylər var ki, onlar ödənişlidir, ona da dəstək lazımdır. 8 min manat pula ehtiyacımız var. Ağır əməliyyatdır, proses çətindir, 80 faiz yaşama ehtimalı var”.
Cavidana dəstək olmaq üçün aşağıdakı bank hesabından istifadə edə bilərsiniz.
LeoBank / 4098 5844 6502 2729

